Birinci ixtisas qrupu üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı

12 İyl

Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 10-da 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

TQDK-dan bildiriblər ki, imtahan Bakıda 41, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7 binada aparılıb.
Hazırda komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. İlkin statistik məlumatlara əsasən, bu il I ixtisas qrupu üzrə ərizə vermiş 33 min 587 abituriyentdən 937-si imtahana gəlməyib. Abituriyentlərdən 60 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyinə görə imtahandan xaric olunub.

Onlardan 1-i başqasının əvəzinə imtahan verməyə, 2-si imtahana mobil telefonla keçməyə, digərləri isə sual və ya cavab kartlarını bir-birinə ötürməyə, köçürməyə cəhd göstərdiklərinə görə imtahandan xaric ediliblər.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılıb.

İmtahanda istifadə olunmuş sualların bütün variantlar və bölmələr üzrə düzgün cavabları, eləcə də balların hesablanması proqramı artıq TQDK-nın internet saytında yerləşdirilib.

Cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcəkdir. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini 7727 nömrəsinə göndərməklə mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: