Yuxu yozmaları

21 İyl

Avtobus – İçi adamla dolu səyahət avtobusu-röya sahibinin çox gurultulu və təntənəli bir toplantıya (məclisə) gedəcəyini xəbər verir. Özünü avtobusun arxasından tutub sallanmış görmək-çox təhlükəli bir macəraya sürüklənəcəksiniz.
Avtomobil – Röyada içi adamla, yaxud yüklə dolu bir avtomobili idarə etdiyini görən adamın istikbalı macəralı və əndişəli olacaqdır. Başqasının idarə etdiyi avtomobilə minmək-röya sahibi kişidirsə, yaxın günlərdə əlinə yaxşı fürsət keçəcək və bundan yüksək səviyyədə istifadə edə biləcəkdir. Əgər evli deyilsə-pul məsələsində təhlükəli bir işə girişəcəkdir.
Ağac – Röyada ağac görülməsi, ümumiyyətlə, xeyirə yozulur. Belə ki:
-Meyvəli ağac görmək-yuxu görənin ümidlərinin doğrulacağına və mənfəət əldə edəcəyinə yozulur.
-Meyvəsiz ağac-ümumiyyətlə, yalan və ümidsizliyə işarədir.
-Ağacın növü bilinməzsə-qazanca, mənfəətə, sevincə işarədir.
-Ağaclarla örtülü yamyaşıl bağça-sağlamlıq və var-dövlət bəlirtisidir.
-Özünü ağacın üstündə yatmış görmək-çoxlu uşaq sahibi olmağa yozulur.
-Tikanli ağac-ətrafınızdakı adamlara qarşı diqqətli olmağın gərəkliyini bildirir.
-Öz bağında ağac əkmək-əkilən ağacın sayı qədər oğul-uşaq sahibi olacağınızı bildirir.
Ağrı – Röyada ağrı çəkmək və yaralanmaq da tərsi doğru olan bir yuxulardan bir örnəkdir. Yuxuda ağrı xeyrə yozulur. Rahat, sağlam və əmin-amanlıq içərisində yaşamaq deməkdir. Ağrının kəsdiyini görmək-gözləmədiyiniz halda son dərəcə mühim bir yardım alacaqsınız. Röyada ağrı çəkən bir insana, ya da bir canlıya əlac etmək, onu oxşayıb, əzizləmək və ovundurucu sözlər söyləmək-girişəcəyniz bütün işlərin uğurla nəticələnəcəyini göstərir.
Ağ ciyər – Yuxuda çiy ağ ciyər-ölümə; bişmiş ağ ciyər isəəmin-amanlığa yozulur.
Ad – Röyada öz adını çağrıldığını görmək-önəmli bir işə çağrılacağınıza işaədir. Çağrılan başqa adamın adıdırsa və röya sahibi oynadığı zaman bu adı xatırlayırsa, o bu adamla əsaslı münasibətə girişəcəkdir.
Ada – röyada ada görmək-dostalarınızın sizi tərk edəcəyinə;
-Bir adada gəzintiyə çıxmaq-vaxtınızdan səmərəli istifadə etmədiyinizə;
-əgər adada gözəl bir havada gəzintiyə çıxmısınızsa-içinizdəki qüssə və kədərdən qurtula biləcəyinizə;

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: