Metbuat gunu

22 İyl
22 iyul – Milli Metbuat günü münasibetile hamınızı tebrik edir, azad, demokratik vetendaş cemiyyeti quruculuğu istiqametinde fealiyyetinizde uğurlar arzulayıram. 1875-ci ilin bu gününde böyük Azerbaycan maarifçisi Hesen bey Zerdabi “Ekinçi” qezetinin neşrine başlamaqla Azerbaycanda milli metbuatın esasını qoydu ve çap olunduğu iki il erzinde bu metbu orqan maarifçilik ideyalarının yayılmasında müstesna xidmetler gösterdi.

Daha sonra bu yol metbuat tariximizin bünövresi sayıla bilecek “Şerqi-Rus”, “Heyat”, “Füyüzat”, “Açıq söz”, “Molla Nesreddin” kimi qezet ve jurnalların simasında davam etdirildi. Teqib ve repressiyalarla dolu olan bu yolda M.Şahtaxtlı, E.Hüseynzade, E.Ağaoğlu, Ü.Hacıbeyov, C.Memmedquluzade, Ö.F.Nemanzade ve onlarla diger fedakar qelem sahibleri Azerbaycanın bu günü ve sabahı üçün sözün heqiqi menasında nümune ola bilecek böyük bir mektebin esasını qoydular. Bu mekteb ilk növbede xalqımızın milli-menevi deyerlerinin, adet-enenelerinin qorunub saxlanılmasında üzerine götürdüyü missiyanı leyaqetle heyata keçirdi.

XX esrin sonunda Azerbaycanın ikinci defe müsteqillik qazanması metbuatı da öz azadlığına qovuşdurdu. Azerbaycan metbuatı müsteqilliyimizin qazanılmasında ve onun qorunub saxlanılmasında müstesna xidmetler gösterdi.
Çox teessüf ki, azad ve demokratik cemiyyet quruculuğu istiqametinde, müsteqil ictimai fikrin formalaşmasında mühüm funksiyası olan metbuatımız bu gün problemler mengenesinde boğulmaqdadır. Mövcud rejimin vaxtaşırı müsteqil metbu orqanlara ve jurnalistlere yönelik tezyiqleri, maliyye problemleri, üstelik, memur-metbuat çekişmeleri zamanı qezet ve jurnalistlerin mehkemeler terefinden fantastik mebleğde cerimelenmesi kimi acı menzerelerin indiye kimi de davam etdirilmesi ölkede müsteqil media strukturlarının çevresini daraltmaqdadır. Bu gün Azerbaycanda bu sahe ile bağlı olan demokratik tesisatlar fealiyyet gösterir ve bu teşkilatların tezyiqlere qarşı müteşekkillik nümayiş etdirmesi müsteqil medianın tamamile sıradan çıxarılmasının qarşısını alır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: