TQDK II qrupun düzgün cavablarını açıqlayıb

24 İyl
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 22 iyulda 2011/2012-ci tədris
ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik)
orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

TQDK-dan -a verilən məlumata görə, II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında
istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları artıq komissiyanın
internet saytında (burada – http://tqdk.gov.az/2011a2.htm ) yerləşdirilib.

II qrup üzrə 26397 abituriyent ərizə təqdim edib.

Sənəd verənlərin 23524 nəfəri Azərbaycan bölməsinin, 2873 nəfəri isə rus bölməsinin məzunudur.
Abituriyentlərin 17109 nəfərini oğlanlar, 9288 nəfərini isə qızlar təşkil edir.

16651 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.
8882 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 119 abituriyent xarici ölkələrin vətəndaşıdır.
98 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.
766 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1958 -ci ildən, ən gənc isə 1996-cı ildəndir.

II ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan
sonra iyulun 24-də nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla
“İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: