Weblog Qubada !

17 Avq

Salam.Bu gün sizə mənim üçün ən yadda qalan günlərdən biri haqda yazmaq istəyirəm.Avqustun 14-ü mənim üçün çox maraqlı və əyləncəli gün oldu.Qısaca təəssüratlarımı bölüşüm.Həmin gün İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi bloggerlərlə bağlı gəzinti təşkil etmişdi.Həmin gəzintidə mən də iştirak etdim.Düzünü desəm əvvəlcə bu qədər maraqlı olacağını düşünməmişdim,çünki gəzinti bir günlük idi.Fikirləşirdim ki 1 gündə neynəmək olar.Amma yanıldım.Hə,ilk olaraq Quba xalçaçılıq muzeyində olduq.Azərbaycan xalçaçılığı ilə tanış olduq.Xalçaçılıq haqqında  bilmədiklərimizi öyrəndik.Muzeydə xatirə şəkilləri çəkdirdik.

Daha sonraki ünvan Quba Soyqırım Məzarlığı idi.Düzünü desəm ordakı sümükləri görəndə qəribə hisslər keçirdim.Bu məzarlıq barədə eşitmişdim.Deyirlər çox oxuyan yox,çox gəzən bilər.Öz gözlərinlə görmək başqa cürdü.Məncə hər birinizin oranı ziyarət etməsi mütləqdi.Ordan da çoxlu informasiya və məlumatlar toplayaraq ayrıldıq.

Gəzməkdən yorulmasaq da,istirahət eləmək daha yaxşı idi🙂 Ona görə də İstirahət Mərkəzinə çatanda sevinirdim.Uşaqlarla dairə şəklində düzülən stullara oturduq.Seminar xarakterli çıxışlar dinlədik və ən əsası özüm üçün lazım olan qeydləri götürdüm.

Daha sonra yemək vaxtı gəlib çatdı.Yemək süfrəsini görən kimi anladım ki bizim üçün çox əziyyət çəkilmişdi.Bütün sevdiyim kollektivlə birlikdə yeyilən bu yeməyin dadı damağımda hələ çox qalacaq🙂

Yeməkdən sonra seminarlar davam elədi.Daha sonra isə bizi çaya apardılar.Burda isə mənzərə əla idi.Qubanın gözəlliyinə bir daha şahid oldum.Orda da əyləncəni əldən vermədik.Kollektiv şəkil çəkdirib həmin anları da möhürlədik.

Avtobusda gələndə artıq blogumdakı yeni yazımı bu mövzuda yazacağımı planlaşdırırdım.Nəhayət bu günü sizlərlə paylaşdım.Gəzintini təșkil edənlərə və günü əyləncəli edən dostlarıma təşəkkür edirəm.Ümidvaram ki belə gəzintilər çox olacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: