Dostlug qirilmaz zencirdir)))

16 Okt
Dostluğun qırılmaz zəncirlə müqayisə edilməsi təsadüfi deyildir. Həqiqətən də, səmimi, möhkəm dostluq hisslərini heç nə ilə sarsıtmaq mümkün deyildir. İnsanlar arasında hər xoş münasibəti dostluq adlandırmaq olmaz. Həqiqi dostluq illərin sınağından çıxır, bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Əsl dostluq insanlar arasında münasibətlərin uca zirvəsidir. Əgər sən dostluğu yüksək qiymətləndirirsənsə, gərək dostun sandığın şəxsin yolunda hər bir çətinliyə dözməyi bacarasan, sirlərini ondan gizlətməyəsən, heç vaxt yalan danışmayasan. Nahaq deməyiblər ki, dost-dosta tən gərək, tən olmasa, gen gərək.  Dostu olmaq böyük xöşbəxtlikdir.Kimin çox dostu varsa, o, həyatda daha inamlı olur, üzləşdiyi problemləri asanlıqla dəf edir. Adətən, çoxlu dostu olan şəxsi qollu-budaqlı ağaca bənzədirlər. Bu ağac təbiətin şıltaqlıqlarına asanlıqla dözür, onun insanlara daha böyük faydası dəyir.  Mən “Dostluq nədir?” sualı ətrafında tez-tez düşünürəm. Mənim qənaətimə görə dostluq-fədakarlıq deməkdir. Asan günün dostluğu vaxtsız açan çiçəyə bənzəyir – onu şaxta, qar vurub soldurur. Çətinliklərdə bərkiyən dostluq isə uzunömürlü olur. “Uzaq Sahillərdə” filmini yada salaq. Zənnimcə filmin qəhrəmanları Mehdi ilə Veselin arasında yaranan münasibətlər “Dostluq Nədir?” sualının konkret cavabıdır. Onlar müharibənin odlu-alovlu yollarını birlikdə keçmiş, aralarında əsl dostluq münasibətləri yaranmışdır.  Hamı kimi mənim də çoxlu dostlarım var. Onların əksəriyyəti mənimlə eyni sinifdə oxuyurlar. Bizim aramızda qarşılıqlı səmimiyyət və hörmət hökm sürür. Heç vaxt bir-birimizin xətrinə dəymirik. Biz, boş vaxtlarımızda bir yerə yığışır, müxtəlif məsələləri müzakirə edirik. Eyni zamanda bir-birimizə asanlıqla güzəştə getməyi  də bacarırıq. Biz adatən dərslərimizi də bir yerdə hazırlayırıq. Bu bizə dərslərimizdən yüksək qiymət almağa böyük təsir göstərir. Müəllimlərimiz də onların zəhmətini itirmədiyimizə görə bizimlə fəxr edirlər.  Belə bir deyim var. “Hər şeyin təzəsi, dostun köhnəsi”. Mən də məktəb illərində qazandığım dostlarımla fəxr edir və onları qorumağa çalışıram. Mənim ən şirin xatirələrim dostlarımla keçirdiyim anlarla bağlıdır. Mən özlüyümdə qəti şəkildə müəyyənləşdirmişəm: Həyatımda dostlarımı heç vaxt heç nə ilə və heç kimlə əvəz etmək olmayacaq.      

Menim anam:)

16 Okt
  • Ana! Hər dəfə bu sözü tələffüz edəndə sonsuz qürur duyuram, qəlbim fərəhdən genişlənir. Bu, sadə bir söz olsa da, məna tutumu çox zəngindir. Bu sözlə Yer üzündə ən mehriban və munis, ən böyük və əzəmətli varlıq olan anamıza xitab edirik.  Məşhur şairlər, filosoflar ana haqqında bir-birindən gözəl təşbehlər işlətmişlər. Anaların şərəfinə çoxlu şeirlər yazılıb, mahnılar bəstələnib. “Ana qəlbi möcüzələr xəzinəsidir”, “Ananın məsuliyyəti böyük, vəzifəsi müqqəddəsdir”, “Analar böyük vəzifələrini yerinə yetirdikdə heç bir əvəz almaq fikrində olmurlar” …  Ancaq bu ifadələrdən hər biri nə qədər gözəl səslənsə də, onlardan hər birinin məna yükü nə qədər dərin olsa da, ananın əzəmətini, ucalığını, həyatımızdakı rolunu bütün dolğunluğu ilə tam əks etdirmir. Ana əlçatmaz zirvədə dayanır. Böyük Azərbaycan yazıçısı M.S.Ordubadi bunun təsdiqi kimi yazmışdır: “Ana! Dünyada sənin müqəddəsliyini təyin edə biləcək hələ heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmayıb”. Biz “Ana Vətən” deyib ananı havasını udduğumuz, çörəyini yediyimiz, üstündə gəzdiyimiz Vətənə, “Ana dilim” deyib ruhumuzun ifadəsi, varlığımızın təsdiqi olan doğma dilimizə bərabər tuturuq. Bir də ana uca Tanrı ilə müqayisə olunur. “Ana haqqı – Tanrı haqqı” deyib müdriklər. Tanrı yeri-göyü yoxdan xəlq edib,bəşər övladı isə ana bətnində dünyaya göz açır. Bir mahnıda səsləndiyi kimi: Ana, sən həyat verdin mənə…  Lakin ana öz övladına yalnız həyat vermir, həm в, min bir çətinliyə qatlaşaraq onu böyüdür. Övladı boya-başa çatanadək ananın çəkdiyi əzab-əziyyəti heç nə ilə müqayisə etmək mümkün deyil. Beşik başında keşik çəkib səhəri gözlərində açan da, biz çətinliyə düşəndə şam kimi əriyən də, böyüdükcə boyumuza baxıb qürrələnən də anadır. Ana təbiətcə zərif məxluq olsa da, mən onu öz balası yolunda göstərdiyi fədakarlıqlara görə qartala bənzədirəm. Həmişə məğrur, qorxmaz, həmişə yüksəklikdə uçan qartala. O, övladını təhlükələrdən qartal şücaəti ilə qorumağa hazırdır, hətta lazım gəlsə, düşmən üstünə şığımaqdan belə çəkinməz.  Hər birimizin gələcək həyat yolunun müəyyənləşməsində də ananın rolu əvəzsizdir. Biz ilk tərbiyəni ondan alırıq. Ananın şəxsi nümunəsi, verdiyi öyüd-nəsihətlər dünyagörüşümüzün formalaşmasında mühüm rol oynayır.  Mən anam barəsində tez-tez fikirləşirəm. Hər dəfə onun mehriban, nurlu çöhrəsini gözlərim önündə canlandıranda gələcəyə daha nikbin nəzərlərlə baxıram. Eyni zamanda anamın qarşısında borcumu da yaddan çıxarmıram. Öz-özümü sorğu-suala tuturam: Mən anamı necə sevindirə, necə xöşbəxt edə bilərəm? Bəzən xəyal məni uzaqlara aparır, könlümdən anama dünyada ən bahalı hədiyyə almaq, onu bütün işlərdən azad etmək istəyi keçir. Bir dəfə arzumu anamın özünə də bildirdim. Onun sifətinin necə işıqlandığını hiss etdim, dodaqlarında təbəssüm oyandı. Nəvazişli əlləri ilə başımı sığal çəkib dedi: – Mənim bahalı hədiyyəyə ehtiyacım yoxdur. Ana üçün ən böyük hədiyyə övladının düzgün yol tutması, tərbiyəli olması, dərslərini yaxşı oxuması, müəllimlərinin hörmətini qazanmasıdır.  Anamın bu sözləri qulaqlarımda həmişəlik həkk olunub. Buna görə də dərslərimə səylə hazırlaşıram. Hər dəfə dərslərimdən “əla” qiymət alanda bunu anam üçün ən yaxşı hədiyyə sanıram.

Weblog Qubada !

17 Avq

Salam.Bu gün sizə mənim üçün ən yadda qalan günlərdən biri haqda yazmaq istəyirəm.Avqustun 14-ü mənim üçün çox maraqlı və əyləncəli gün oldu.Qısaca təəssüratlarımı bölüşüm.Həmin gün İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi bloggerlərlə bağlı gəzinti təşkil etmişdi.Həmin gəzintidə mən də iştirak etdim.Düzünü desəm əvvəlcə bu qədər maraqlı olacağını düşünməmişdim,çünki gəzinti bir günlük idi.Fikirləşirdim ki 1 gündə neynəmək olar.Amma yanıldım.Hə,ilk olaraq Quba xalçaçılıq muzeyində olduq.Azərbaycan xalçaçılığı ilə tanış olduq.Xalçaçılıq haqqında  bilmədiklərimizi öyrəndik.Muzeydə xatirə şəkilləri çəkdirdik.

Daha sonraki ünvan Quba Soyqırım Məzarlığı idi.Düzünü desəm ordakı sümükləri görəndə qəribə hisslər keçirdim.Bu məzarlıq barədə eşitmişdim.Deyirlər çox oxuyan yox,çox gəzən bilər.Öz gözlərinlə görmək başqa cürdü.Məncə hər birinizin oranı ziyarət etməsi mütləqdi.Ordan da çoxlu informasiya və məlumatlar toplayaraq ayrıldıq. Oxumağa davam et

TQDK II qrupun düzgün cavablarını açıqlayıb

24 İyl
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 22 iyulda 2011/2012-ci tədris
ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik)
orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

TQDK-dan -a verilən məlumata görə, II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında
istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları artıq komissiyanın
internet saytında (burada – http://tqdk.gov.az/2011a2.htm ) yerləşdirilib.

II qrup üzrə 26397 abituriyent ərizə təqdim edib.

Sənəd verənlərin 23524 nəfəri Azərbaycan bölməsinin, 2873 nəfəri isə rus bölməsinin məzunudur.
Abituriyentlərin 17109 nəfərini oğlanlar, 9288 nəfərini isə qızlar təşkil edir.

16651 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.
8882 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 119 abituriyent xarici ölkələrin vətəndaşıdır.
98 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.
766 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1958 -ci ildən, ən gənc isə 1996-cı ildəndir.

II ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan
sonra iyulun 24-də nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla
“İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.


Metbuat gunu

22 İyl
22 iyul – Milli Metbuat günü münasibetile hamınızı tebrik edir, azad, demokratik vetendaş cemiyyeti quruculuğu istiqametinde fealiyyetinizde uğurlar arzulayıram. 1875-ci ilin bu gününde böyük Azerbaycan maarifçisi Hesen bey Zerdabi “Ekinçi” qezetinin neşrine başlamaqla Azerbaycanda milli metbuatın esasını qoydu ve çap olunduğu iki il erzinde bu metbu orqan maarifçilik ideyalarının yayılmasında müstesna xidmetler gösterdi.

Daha sonra bu yol metbuat tariximizin bünövresi sayıla bilecek “Şerqi-Rus”, “Heyat”, “Füyüzat”, “Açıq söz”, “Molla Nesreddin” kimi qezet ve jurnalların simasında davam etdirildi. Teqib ve repressiyalarla dolu olan bu yolda M.Şahtaxtlı, E.Hüseynzade, E.Ağaoğlu, Ü.Hacıbeyov, C.Memmedquluzade, Ö.F.Nemanzade ve onlarla diger fedakar qelem sahibleri Azerbaycanın bu günü ve sabahı üçün sözün heqiqi menasında nümune ola bilecek böyük bir mektebin esasını qoydular. Bu mekteb ilk növbede xalqımızın milli-menevi deyerlerinin, adet-enenelerinin qorunub saxlanılmasında üzerine götürdüyü missiyanı leyaqetle heyata keçirdi.

XX esrin sonunda Azerbaycanın ikinci defe müsteqillik qazanması metbuatı da öz azadlığına qovuşdurdu. Azerbaycan metbuatı müsteqilliyimizin qazanılmasında ve onun qorunub saxlanılmasında müstesna xidmetler gösterdi.
Çox teessüf ki, azad ve demokratik cemiyyet quruculuğu istiqametinde, müsteqil ictimai fikrin formalaşmasında mühüm funksiyası olan metbuatımız bu gün problemler mengenesinde boğulmaqdadır. Mövcud rejimin vaxtaşırı müsteqil metbu orqanlara ve jurnalistlere yönelik tezyiqleri, maliyye problemleri, üstelik, memur-metbuat çekişmeleri zamanı qezet ve jurnalistlerin mehkemeler terefinden fantastik mebleğde cerimelenmesi kimi acı menzerelerin indiye kimi de davam etdirilmesi ölkede müsteqil media strukturlarının çevresini daraltmaqdadır. Bu gün Azerbaycanda bu sahe ile bağlı olan demokratik tesisatlar fealiyyet gösterir ve bu teşkilatların tezyiqlere qarşı müteşekkillik nümayiş etdirmesi müsteqil medianın tamamile sıradan çıxarılmasının qarşısını alır.

Yuxu yozmaları

21 İyl

Avtobus – İçi adamla dolu səyahət avtobusu-röya sahibinin çox gurultulu və təntənəli bir toplantıya (məclisə) gedəcəyini xəbər verir. Özünü avtobusun arxasından tutub sallanmış görmək-çox təhlükəli bir macəraya sürüklənəcəksiniz.
Avtomobil – Röyada içi adamla, yaxud yüklə dolu bir avtomobili idarə etdiyini görən adamın istikbalı macəralı və əndişəli olacaqdır. Başqasının idarə etdiyi avtomobilə minmək-röya sahibi kişidirsə, yaxın günlərdə əlinə yaxşı fürsət keçəcək və bundan yüksək səviyyədə istifadə edə biləcəkdir. Əgər evli deyilsə-pul məsələsində təhlükəli bir işə girişəcəkdir.
Ağac – Röyada ağac görülməsi, ümumiyyətlə, xeyirə yozulur. Belə ki:
-Meyvəli ağac görmək-yuxu görənin ümidlərinin doğrulacağına və mənfəət əldə edəcəyinə yozulur.
-Meyvəsiz ağac-ümumiyyətlə, yalan və ümidsizliyə işarədir.
-Ağacın növü bilinməzsə-qazanca, mənfəətə, sevincə işarədir.
-Ağaclarla örtülü yamyaşıl bağça-sağlamlıq və var-dövlət bəlirtisidir.
-Özünü ağacın üstündə yatmış görmək-çoxlu uşaq sahibi olmağa yozulur.
-Tikanli ağac-ətrafınızdakı adamlara qarşı diqqətli olmağın gərəkliyini bildirir.
-Öz bağında ağac əkmək-əkilən ağacın sayı qədər oğul-uşaq sahibi olacağınızı bildirir.
Ağrı – Röyada ağrı çəkmək və yaralanmaq da tərsi doğru olan bir yuxulardan bir örnəkdir. Yuxuda ağrı xeyrə yozulur. Rahat, sağlam və əmin-amanlıq içərisində yaşamaq deməkdir. Ağrının kəsdiyini görmək-gözləmədiyiniz halda son dərəcə mühim bir yardım alacaqsınız. Röyada ağrı çəkən bir insana, ya da bir canlıya əlac etmək, onu oxşayıb, əzizləmək və ovundurucu sözlər söyləmək-girişəcəyniz bütün işlərin uğurla nəticələnəcəyini göstərir.
Ağ ciyər – Yuxuda çiy ağ ciyər-ölümə; bişmiş ağ ciyər isəəmin-amanlığa yozulur.
Ad – Röyada öz adını çağrıldığını görmək-önəmli bir işə çağrılacağınıza işaədir. Çağrılan başqa adamın adıdırsa və röya sahibi oynadığı zaman bu adı xatırlayırsa, o bu adamla əsaslı münasibətə girişəcəkdir.
Ada – röyada ada görmək-dostalarınızın sizi tərk edəcəyinə;
-Bir adada gəzintiyə çıxmaq-vaxtınızdan səmərəli istifadə etmədiyinizə;
-əgər adada gözəl bir havada gəzintiyə çıxmısınızsa-içinizdəki qüssə və kədərdən qurtula biləcəyinizə;

AMERİKA KUBOKU

18 İyl

Futbol üzrə Amerika Kubokunda Braziliya və təşkilatçı Argentina yığmaları ¼ finalda mübarizəni dayandırıblar.5 qat dünya çempionlarının qarşısını Paraqvay millisi kəsib. 

Əsas və əlavə vaxtda hesab açılmayıb. Penaltilər seriyasında braziliyalılar Xusto Vilyarın qoruduğu qapıya bir penalti də vura bilməyiblər. Paraqvaylılar isə 2 penaltini dəqiq yerinə yetiriblər. 

2 qat dünya çempionları da penaltilər seriyasında uduzublar. Argentina millisinin Uruqvayla görüşünün əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. 5-ci dəqiqədə uruqvaylı Dieqo Peres hesabı açıb. 17-ci dəqiqədə Qonsalo İquain hesabı bərabərləşdirib. Penaltilər seriyasında isə yalnız Karlos Teves dəqiq olmayıb. Tevesin yerinə yetirdiyi zərbəni Türkiyə “Qalatasaray”ına keçəcəyi gözlənilən Fernando Muslera dəf edib. Muslera oyun ərzində də bir neçə dəfə Uruqvay yığmasını qoldan xilas edib. Beləliklə, Argentina ümumi nəticədə 5:6 hesabı ilə uduzub. 

Digər ¼ final qarşılaşmalarına gəldikdə, Venesuela millisi Çiliyə 2:1 hesabı ilə qalib gəlib. Peru isə əsas vaxtı 0:0 hesabı ilə nəticələnən görüşün əlavə vaxtında Kolumbiyaya qalib gəlib – 2:0. 

Beləliklə, yarımfinalda Peru və Uruqvay iyulun 19-da, Paraqvay və Venesuela isə iyulun 20-də qarşılaşacaq. Final oyunu iyulun 23-də baş tutacaq.

A BEAUTIFUL LIE

18 İyl

Lie awake in bed at night
And think about your life
Do you want to be different
(Different)
Try to let go of the truth
The battles of your youth
Cause this is just a game

It’s a beautiful lie
It’s a perfect denial
Such a beautiful lie to believe in
So beautiful, beautiful
That makes me

It’s time to forget about the past
To wash away what happened last
Hide behind an empty face
that has too much to say
Cause this is just a game

It’s a beautiful lie
It’s a perfect denial
Such a beautiful lie to believe in
So beautiful, beautiful
That makes me lie

Beautiful
Ohhhhh ohhhh ahhh

Everyone’s lookin’ at me
I’m running around in circles.. [vagueness]
Acquired desperation’s building higher
I’ve got to remember this is just a game

So beautiful, beautiful, it’s a beautiful lie
So beautiful, beautiful, it’s a beautiful lie
So beautiful, beautiful, it’s a beautiful lie
So beautiful, beautiful lie

18 İyl

Азербайджа́нские ха́нства [2]) — феодальные владения во главе с азербайджанскими тюркоязычными династиями [3][4] существовавшие с середины XVIII до начала XIX века(Макинское ханство — до 20-х гг. ХХ в.), на территории современных АзербайджанаАрмении,Ирана (Южный Азербайджан).

В зависимости от соотношения внутренних сил в ханствах и наличия непосредственной угрозы извне опредеделялся характер вхождения ханств в состав России[11]3 января 1804 года после месячной осады, пала Гянджа и Гянджинское ханство было присоединено к России[12]. Трактаты, заключённые в 1805 году между Главнокомандующим в Грузии, как официальным представителем России, и соответствующими ханами, юридически закрепили вхождение в состав России Карабахского, Шекинского и Ширванского ханств [13]. В 1806 году к России были присоединены Бакинское и Кубинское, а в 1809 году — Талышское ханства[14]. После победы России в русско-иранской войне (1804—1813) 13 октября 1813 года в селении Гюлистан был подписан мирный договор между Россией и Ираном. Гюлистанский договор был основан на принципе status quo ad presentem, то есть закреплял за сторонами те границы, которые установились к моменту подписания договора[15]. В июле 1826 года началась новая русско-иранская война. И вновь Россия одержала победу. 10 февраля 1828 года в селении Туркменчай близ Тебриза, был подписан мирный договор[16]. Договор подтверждал территориальные приобретения России по Гюлистанскому мирному договору 1813 года. По Туркманчайскому договору к России также отходили Эриванское и Нахичеванское ханства[17].

men boyumek isteyirem…!!!

14 İyl

Salam)menim indi hal-hazirda on bew yawim var,iki aydan sonra on alti olacaq,amma men ele tez boyumek isteyirem ki…Men bu sozleri deyende hammi mene deyir ay minaw her weyin oz vaxti var,amma men ele isteyirem ki…Indi bunu oxuyan hammi fikirlewir axi neynirsen boyumeyi???Amma baxin adi men Ireli Ictimai Birliyinde telimciyem,ve men telim kecende mene cox diqqetle qulaq asirlar,amma menden soruwanda senin nece yawin var?men deyirem on bew,srazu kecirler sen ile daniwmaga,ve bu  meni hirslendirir!!!amma menim telimimde ele uwaqlar var ki,ferqi yoxdu menim nece yawim var,cox diqqet ile qulaq asirlar.

NO,eybi yox,dogurdan da her weyin oz vaxt var)))sag olun dostlar)