Tag Archives: blogger

Weblog Qubada !

17 Avq

Salam.Bu gün sizə mənim üçün ən yadda qalan günlərdən biri haqda yazmaq istəyirəm.Avqustun 14-ü mənim üçün çox maraqlı və əyləncəli gün oldu.Qısaca təəssüratlarımı bölüşüm.Həmin gün İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi bloggerlərlə bağlı gəzinti təşkil etmişdi.Həmin gəzintidə mən də iştirak etdim.Düzünü desəm əvvəlcə bu qədər maraqlı olacağını düşünməmişdim,çünki gəzinti bir günlük idi.Fikirləşirdim ki 1 gündə neynəmək olar.Amma yanıldım.Hə,ilk olaraq Quba xalçaçılıq muzeyində olduq.Azərbaycan xalçaçılığı ilə tanış olduq.Xalçaçılıq haqqında  bilmədiklərimizi öyrəndik.Muzeydə xatirə şəkilləri çəkdirdik.

Daha sonraki ünvan Quba Soyqırım Məzarlığı idi.Düzünü desəm ordakı sümükləri görəndə qəribə hisslər keçirdim.Bu məzarlıq barədə eşitmişdim.Deyirlər çox oxuyan yox,çox gəzən bilər.Öz gözlərinlə görmək başqa cürdü.Məncə hər birinizin oranı ziyarət etməsi mütləqdi.Ordan da çoxlu informasiya və məlumatlar toplayaraq ayrıldıq. Oxumağa davam et